Rusiya rublunun manata qarşı məzənnəsi 15 aylıq maksimuma çatıb | Banco.az

Rusiya rublunun manata qarşı məzənnəsi 15 aylıq maksimuma çatıb

Bu ilin oktyabrın 15-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,4% artaraq 0,0238 manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 23-dən bəri qeydə alınan ən yüksək göstəricidir.

Rublun sonuncu dəfə bundan yüksək dəyəri iyulun 23-də qeydə alınmışdı – 0,0239 manat.

Qeyd edək ki, oktyabrın 14-də rublun dollara qarşı məzənnəsi də ötən ilin iyulundan bəri ən yüksək həddə çataraq 0,014 dollar təşkil edib. Rublun güclənməsinə səbəb kimi, qlobal bazarlarda neft və qazın yüksək qiymətləri göstərilir. Lakin hazırda Rusiya ixracatçıları rublun yüksək məzənnəsindən narazıdır. Belə ki, onların gəlirlərinin əsas hissəsi xarici valyutada gəlir, vergilər isə milli valyuta ilə ödənilir.

Bir çox ekspertlərin fikrincə, rubl öz yüksəlişini bu yaxınlarda dayandıracaq və bunun dəqiq olaraq Rusiya Mərkəzi Bankının 22 oktyabr nəzərdə tutduğu uçot dərəcəsi üzrə görüşündən sonra baş verəcəyi gözlənilir. Qeyd edilir ki, uçot dərəcəsinin bundan əvvəlki artırılması rubla əsas yüksəldici təsir göstərib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et