Rusiya rəsmisi virusun bitəcəyi vaxtı AÇIQLADI | Banco.az

Rusiya rəsmisi virusun bitəcəyi vaxtı AÇIQLADI

Rusiya Federal Biomedikal Agentliyi İnfeksion Xəstəlikləri baş eksperti Vladimir Nikiforov Rusiyada koronavirus pandemiyasının 10-12 həftə sonra başa çatacağını açıqlayıb.

Rusiya mətbuatında yayımlanan məlumata görə, V.Nikiforov xəstəliyin hələ pik həddə çatmadığını deyib:

"Epidemiya yaya qədər bitəcək, bu, dəqiqdir. Bu gün bəzilərinin epidemiyadan pik həddi keçdiyini dediklərini eşitdim. Hələ pikk həddə çatmayıb. Ən tez növbəti həftənin ortasında zirvəni görəcəyimizi düşünürəm".

Ən sərfəli kredit üçün müraciət et

Rusiya Səhiyyə Nazirliyi infeksion xəstəlikləri üzrə baş eksperti Yelena Malinnikova həmkarının əksinə bədbin danışıb. O, yay aylarında tək-tək də olsa, koronavirusa yoluxma halları ola biləcəyini söyləyib.

mediapost.az

Ən sərfəli krediti almaq üçün müraciət et