Rusiya Qərbdən sanksiyaların yumşaldılmasını xahiş edir | Banco.az

Rusiya Qərbdən sanksiyaların yumşaldılmasını xahiş edir

Müəllif - Aida İsaq, Banco.az

Rusiya Qərbdən “Rosselxozbank”a qarşı sanksiyaları yumşaltmağı xahiş edir. Banco.az xəbər verir ki, Rusiya tərəfinin bu addımı taxıl ixracını sadələşdirmək məqsədi daşıyır.

Qeyd olunur ki, əvvəllər "Rosselxozbank" ərzaq ticarətində əhəmiyyətli rola sahib deyildi. Prosedurları beynəlxalq banklar və ya Rusiya maliyyə institutlarının İsveçrədəki nümayəndəlikləri həyata keçirirdi.

Qərb ölkələrinin bu müraciətə necə reaksiya verdiyi açıqlanmır. BMT-dəki mənbənin sözlərinə görə, təklif Avropa İttifaqı və digər tərəflər səviyyəsində nəzərdən keçirilir.

Xatırladaq ki, oktyabrın 29-da Rusiya Ukrayna taxılının ixracında iştirakını dayandırıb. Müdafiə Nazirliyi bu addımın Sevastopolda Qara dəniz donanmasına hücum edən Ukrayna Silahlı Qüvvələrinə görə atıldığını bildirib. Noyabrın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynadan zəmanət almaqla, Moskvanın taxıl müqaviləsində iştirakını bərpa etdiyini açıqlayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et