Müəllif - Aida İsaq, Banco.az
Rusiya hakimiyyəti Qərb şirkətlərinin ölkəni tərk etmələrini çətinləşdirir və onların aktivlərinin milliləşdirilməsinə çalışır.
Banco.az xəbər verir ki, bu barədə Amerikanın “The Financial Times” (FT) qəzeti məlumat verib. Məlumata görə, ötən həftə Rusiyada Qərb aktivlərinin ucuz qiymətə alınmasını ehtiva edən fərman hazırlanıb. Ölkə hakimiyyəti də tam milliləşdirmə tədbirlərini müzakirə edir. Qeyd olunur ki, müvafiq prosedurları çətinləşdirmək Rusiyanın aktivlərini ələ keçirmiş Qərb ölkələrini cəzalandırmaq məqsədi daşıyır.
Qeyd olunur ki, Qərb aktivlərinin bütün alıcıları Rusiyada yerləşməli və bütövlükdə xarici səhmdarları kənarlaşdırmalıdır. Bu isə istənilən halda prosedurları daha da çətinləşdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!