Rusiya qazının Asiyaya ixracı artıb | Banco.az

Rusiya qazının Asiyaya ixracı artıb

Müəllif:Mehin Qasımova/Banco.az

2023-cü ilin sonunda Rusiyadan Asiyaya mayeləşdirilmiş karbohidrogen qazının (LPG, propan və butan qarışığı) tədarükünün ümumi həcmi 2022-ci illə müqayisədə 1,8 dəfə artaraq 1,26 milyon ton səviyyəsinə çatıb. 

Banco.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.

Bu növ yanacağın Rusiyadan Asiya ölkələrinə tədarük həcminin kəskin artmasına baxmayaraq, ixracın əsas payı hələ də Avropa ölkələrinin payına düşür.

Ötən ilin sonunda bu istiqamətdə ixrac 2,32 milyon ton təşkil edib. Eyni zamanda, 12 ay ərzində Aİ- yə tədarük həcmi illik ifadədə 16,5 faiz azalıb.

Bundan əvvəl baş nazirin müavini Aleksandr Novak Rusiyadan Aİ-yə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün kəskin artdığını açıqlayıb.Onun məlumatına görə, 2023-cü ilin sonunda yerli ixracatçılar bu istiqamətdə LNG ixracını 2021-ci ilə nisbətən 38 faiz artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram