Rusiya qazından imtina İtaliyada ekoloji öhdəliklərə əməl olunmasına əngəl olub | Banco.az

Rusiya qazından imtina İtaliyada ekoloji öhdəliklərə əməl olunmasına əngəl olub

Müəllif - Aida İsaq, Banco.az

İtaliya Rusiya qazının tədarükündən imtina etdiyi üçün ekoloji öhdəliklərə əməl etməyə bilər. Çünkü bu vəziyyət Romanı digər təchizatçılardan yanacaq almağa vadar edir. 

Banco.az xəbər verir ki, ekoloji qeyri-kommersiya təşkilatı olan “Oil Change International”a görə, İtaliya hökuməti böyük iqlim dəyişikliyi sazişi üzrə öhdəliklərini pozub. Məlumata görə, İtaliyanın baş naziri Corc Meloni daha əvvəl ekoloji problemin mövcudluğunu təsdiqləyib, lakin buna praqmatik yanaşmağa çağırıb.

Qeyd edək ki, Ukraynada hərbi əməliyyat başlayana qədər İtaliyaya tədarük edilən bütün qazın təxminən 40%-i Rusiyaya məxsus olub. Lakin 2022-ci ildə bu rəqəm 16%-ə düşüb və Rusiya qazı Əlcəzair və Azərbaycandan nəqllə əvəzlənib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et