Rusiya qaz kəmərlərinin yenidən işə salınması qadağan edilə bilər | Banco.az

Rusiya qaz kəmərlərinin yenidən işə salınması qadağan edilə bilər

Müəllif - Aida İsaq, Banco.az

G7 ölkələri və Avropa İttifaqı Rusiyaya qarşı növbəti məhdudiyyətin tətbiqini gündəmə gətirib. 

Banco.az xəbər verir ki, təşkilatlara üzv ölkələr Rusiyada qaz kəmərlərinin yenidən işə salınmasını və Rusiya boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir. Bu barədə “Financial Times” məlumat yayıb. Beləliklə, G7 liderlərinin gələn həftə Xirosima sammitində qəbul edəcəyi qərar, Rusiya boru kəməri qazının Polşa və Almaniya kimi ölkələrə marşrutlar vasitəsilə ixracının bərpasının qarşısını alacağı gözlənilir.

Qeyd olunur ki, müvafiq qərarın qəbul olunma məqsədi tərəfdaşların gələcəkdə bu istiqamətdə mövqelərinin dəyişməyəcəyinə əmin olmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et