Rusiya paytaxtının büdcəsinə 22 faiz artıq vergi daxil olub | Banco.az

Rusiya paytaxtının büdcəsinə 22 faiz artıq vergi daxil olub

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Moskva şəhərinin büdcəsinə mənfəət vergisi hesabına 668,4 milyard rubl vəsait daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur.

Göstərilən dövr ərzində Moskvada fəaliyyət göstərən müəssisələr 1,11 trilyon rubl (təxminən 29,5 milyard manat) mənfəət vergisi ödəyiblər. Bu məbləğin, qeyd edildiyi kimi, 668,4 milyard rublu (17,7 milyard manat) Moskva şəhərinin büdcəsinə, qalan 422,3 milyard rublu (11,8 milyard manat) isə federal büdcəyə köçürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Verginin böyük hissəsi – 24 faizə yaxını maliyyə-sığorta, 20 faizi ticarət, 15 faizi isə neft-qaz sahələrindən yığılıb.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç