Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya neftinin Ukrayna vasitəsilə Macarıstana nəqli dayandırılıb.
Banco.az xəbər verir ki, Rusiyanın neft boru kəməri operatoru “Transneft”in verdiyi bəyanatda Ukrayna ərazisindən Macarıstan istiqamətində neft daşıyan Drujba xəttində daşımaların dayandırıldığı bildirilib.
Bəyanatda qeyd olunub ki, Ukrayna tərəfi “Transneft”ə xətdə gərginliyin azalması səbəbindən daşımaları dayandırdığını xəbər verib.
Bizi sosial şəbəkələrdən izləyin!!