Rusiya neftinin bareli 38 dollara satılıb | Banco.az

Rusiya neftinin bareli 38 dollara satılıb

​Müəllif - Aida İsaq, Banco.az

Rusiya nefti bazar qiymətlərinin yarısına ticarət olunur.

Banco.az xəbər verir ki, bu, G7 ölkələrinin tətbiq etdiyi limitdən xeyli ucuzdur. Bu barədə məlumat yayan “Blomberg” nəşri yanvarın 6-da Primorsk limanında Urals neftinin bir barelinin 37,80 dollara, "Brent" markalı neftin isə həmin gün 78,57 dollara satıldığını qeyd edib. Nəşrin məlumatına görə, Aİ-nin sanksiyaları və xərclərlə bağlı Rusiya xammalına tətbiq edilən məhdudiyyətlər ölkəni getdikcə Çin və Hindistandan asılı vəziyyətə salıb. Moskva Yaxın Şərqdən gələn tədarüklərlə rəqabət aparmaq üçün nefti endirimlə satmalı olub.

Qeyd edək ki, yanvarın 5-nə olan məlumatlara əsasən 2022-ci ilin dekabrında Rusiya neftinin ixracının ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşdüyü məlum olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram