Rusiya neftini daşıyan gəmilər dənizdə qala bilər | Banco.az

Rusiya neftini daşıyan gəmilər dənizdə qala bilər

Müəllif - Aida İsaq, Banco.az

Rusiya neftini daşıyan gəmilər dənizdə qalmaq riski ilə üz-üzədir. Banco.az xəbər verir ki, buna səbəb qiymət həddi ilə bağlı yaranan qeyri-müəyyənlikdir. 

Qeyd edək ki, qiymət həddi ilə bağlı müvafiq qərar dekabrın 5-dən qüvvəyə minəcək. Lakin məhdudiyyətlərin hansı müddəalardan ibarət olacağı hazırda məlum deyil. Sığortaçılar alıcıların bu tarixdən əvvəl təyinat nöqtəsinə çatmış məhsullardan imtina edəcəklərindən ehtiyat edir. Bununla əlaqədar şirkətlər G7 ölkələrinin (Böyük Yeddilik) və Aİ-nin hakimiyyət orqanlarından Rusiya neftinin qiymət səviyyəsini müəyyənləşdirmək mexanizmini aydınlaşdırmağı tələb edir.

Qərb ölkələri limitin təfərrüatlarına aydınlıq gətirməzsə, sığortası olmayan tankerlər isə limanların yaxınlığında ilişib qala bilər.

Bu vəziyyət öz növbəsində qonşu ölkələrin təhlükəsizliyinə ciddi təhlükə yaradacaq. Belə ki, yanacaq dağılmaları baş verə bilər. Növbəti mərhələdə təmizlik xərclərinin qarşılanması lazım gələcək. Bununla əlaqədar, Beynəlxalq Dəniz Sığorta İttifaqı və sığorta assosiasiyası G7 və Aİ rəsmilərindən yükləmə və boşaltma icazəsi üçün satışı təsdiq edən sənədi tələb edir.

ABŞ Dövlət Departamentinin səfiri Ceyms Obrayen bildirib ki, G7 hazırda qiymət və idarəetmənin texniki detalları ilə bağlı danışıqlar aparır. IUMI-nin baş katibi Lars Lange isə sığortaçıların ABŞ, Böyük Britaniya və Aİ-dən fərqli göstərişlər almaqdan ehtiyat etdiyini vurğulayıb. Çünkü bunu reallaşdırmaq maneələr törədəcək.

Ən sərfəli kredit üçün müraciət et

Enerji İnkişafı Mərkəzinin analitiklərinin hesablamalarına görə, dekabrda Rusiya neft hasilatını iyun-oktyabr dövrüylə müqayisədə gündəlik 1,5-1,7 milyon barel azalda bilər. Ekspertlərin fikrincə, bu vəziyyət dünya bazarında neftin qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Çünki OPEC+ noyabr ayından etibarən hasilatı azaltmaq qərarına gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et