Müəllif - Aida İsaq, Banco.az
Asiya və Avropanın bir sıra neft emalı zavodları Rusiya neftini almaqdan imtina edərək böyük itkilərlə üzləşib.
Banco.az xəbər verir ki, bu barədə “Blomberg” məlumat yayıb. Bildirilir ki, Rusiya xammalına tətbiq edilən sanksiyalara görə şirkətlər Yaxın Şərqdən nefti baha qiymətə alır. Bu isə neft məhsullarının satışından əldə edilən gəlirə mənfi təsir göstərir. Eyni zamanda, Rusiyadan neft alan Hindistan və Çinin sərfəli qiymətlərlə xammal alışı fonunda vəziyyətin daha yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Avropa İttifaqı, G7 və Avstraliya tərəfindən qəbul edilmiş Rusiyadan neft tədarükünün qiymətlərinə tavan tətbiq etmək qərarı 2022-ci il dekabrın 5-də qüvvəyə minib.
Bizi sosial şəbəkələrdən izləyin!!