Rusiya neft şirkətlərinə hasilatı azaltmağı əmr edib | Banco.az

Rusiya neft şirkətlərinə hasilatı azaltmağı əmr edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ qrupunun hədəfinə çatması üçün neft şirkətlərinə hasilatı azaltmağı əmr edib.

Banco.az xəbər verir ki, bu barədə üç sənaye mənbəsi "Reuters" agentliyinə məlumat verib.

Məlumata görə, Rusiya hökuməti OPEC+-a verdikləri vədlərə uyğun olaraq iyunun sonunadək gündəlik 9 milyon barel hasilat hədəfinə çatılmasını təmin etmək üçün şirkətlərə ikinci rübdə neft hasilatını azaltmağı tapşırıb.

Adının açıqlanmasını istəməyən mənbələr hökumətin hər bir şirkət üçün hədəflər qoyduğunu və OPEC+-ın beynəlxalq neft qiymətlərini dəstəkləmək üçün hasilatı azaltmaq öhdəliyini yerinə yetirmək niyyətini nümayiş etdirdiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ayın əvvəlində Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın ikinci rübdə neft hasilatını və ixracını sutkada daha 471 min barel azaldacağını açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et