Rusiya neft hasilatını azaldıb | Banco.az

Rusiya neft hasilatını azaldıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya daxili bazarda neft hasilatını sutkada 100 min barel azaldaraq 9,6 milyon barelə endirib. 

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) analitiklərinin iyun hesabatına əsasən, mart ayında bu göstərici sutkada 9,7 milyon barel səviyyəsində olub. İyunun 4-də baş nazirin müavini Aleksandr Novak Rusiyada gündəlik neft hasilatının azaldılmasının 2024-cü ilin sonuna qədər uzadılacağını açıqlayıb. Azalma səviyyəsi isə 2024-cü il üçün müəyyən edilmiş kvotadan hesablanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram