Yanvar ayının on günü ərzində Rusiyada neft və qaz kondensatının gündəlik hasilatı 11,38 milyon barelədək azalıb.
İndiki hasilat həcmi ötən ilin oktyabr ayı ilə müqayisədə 30 min barel azdır.
Xatırladaq ki, 2018-ci ildə Rusiya neft hasilatını azaltmaq barədə OPEC-lə sazişinə xitam verməyə hazırlaşırdı. İlin sonundakı qiymətlərin düşməsi Rusiya və Səudiyyə Ərəbistanını hasilatın azaldılmasına dair yeni saziş imzalamağa vadar etmişdi.
Report.az