Rusiya neft hasilatını artırmağı planlaşdırmır, bazarda olan şərait buna uyğun deyil.
Rusiya mətbuatının məlumatına görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.
"Rusiyanın hasilatı artırmaq planları yoxdur, çünki bazarda təklif çoxluğu var", - deyə A. Novak qeyd edib.
O əlavə edib ki, Rusiya hələ Səudiyyə Ərəbistanı ilə bazar vəziyyətini müzakirə etməyib, lakin gələcəkdə bunun mümkün olacağını istisna deyil.
APA