Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirməyib | Banco.az

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirməyib

Rusiya Bankı (Mərkəzi Bank) bu gün, dekabrın 16-da keçirdiyi növbəti iclasında gözlənildiyi kimi uçot dərəcəsini dəyişdirməyərək 10% səviyyəsində saxlayıb. Rusiya Bankı tərəfindən verilən açıqlamaya əsasən, Direktorlar Şurası inflyasiya və iqtisadi fəallığı ümumən proqnozlara uyğun hesab edib, inflyasiya risklərinin bir qədər azaldığını qeyd edib. 

"İstehlak qiymətlərində artım tempinin yavaşlaması əsasən mövsümi amillərlə bağlıdır və inflyasiya gözləntilərinin düşməsi dayanıqlı sayılmır. Uçot dərəcəsinin dəyişdirilməməsi və sərt pul-kredit siyasətinin davam etdirilməsi 2017-ci ilin sonuna qədər inflyasiyanı 4% hədəfinə yaxınlaşdıracaq", - deyə qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya Bankının rəhbəri Elvira Nabiullina uçot dərəcəsini ancaq 2017-ci ilin I və ya II rübündə azaldıla biləcəklərini bildirib. O həmçinin, Mərkəzi Bankın öz siyasətində dəyişikliklərə ehtiyatla yanaşdığını və həddindən artıq nikbinliyin səhvlərə gətirib çıxara biləcəyini qeyd edib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et