Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırıb | Banco.az

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankı proqnozlara uyğun olaraq uçot dərəcəsini 100 baza bəndi artırıb.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 100 baza bəndi artıraraq 16 faizə çatdırıb.

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar da faiz dərəcəsinin 16 faizə qədər artırılacağını proqnozlaşdırmışdılar.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sonuncu dəfə oktyabrın 27-də 200 baza bəndi artıraraq 15 faizə çatdırmışdı.

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Rusiya parlamentinin aşağı palatası Dumada Rusiya iqtisadiyyatını dəyərləndirərkən təmsil etdiyi qurumun vətəndaşların və biznesin itkilərini azaltmaq üçün faiz dərəcəsini artırmalı olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et