Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi endirib | Banco.az

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi endirib

Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 8,25%-ə endirib.

RİA "Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu barədə bankın press-relizində məlumat verilir.

Xatırladaq ki, Rusiya Bankı bu il 5-ci dəfədir ki, faizləri azaldır. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozu ilə üst-üstə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bu qərar rublun məzənnəsini 0,5% azaldıb və məzənnə 58,15 RUB/USD səviyyəsinə çatıb.

Mənbə: Report.az