Rusiya Mərkəzi Bankı rəqəmsal rublla bağlı açıqlama verib | Banco.az

Rusiya Mərkəzi Bankı rəqəmsal rublla bağlı açıqlama verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina rəqəmsal rublun sınaq müddətindən sonra hər kəs üçün əlçatan olacağını bəyan edib.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina paytaxt Moskvada bəzi rusiyalı deputatlarla görüşdə qeyd edib ki, Rusiya Qərb ölkələri tərəfindən dondurulmuş aktivlərini geri qaytarmaq üçün işləri davam etdirir.

Rəqəmsal rublla bağlı yenilikləri də şərh edən Nabiullina rəqəmsal rublun pilot istifadəsinə başlamağa hazır olduqlarını bildirib.

Rəqəmsal rublla artıq müxtəlif əməliyyatların icra edildiyini qeyd edən sədr, “Biz real pulla real əməliyyatlar aparırıq, lakin hazırda bunu az miqdarda və az sayda müştəri ilə edirik. Pilot layihədən sonra rəqəmsal rublu hamı üçün əlçatan edə biləcəyik”, deyə vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et