Rusiya Mərkəzi Bankı milli virtual valyuta buraxacaq | Banco.az

Rusiya Mərkəzi Bankı milli virtual valyuta buraxacaq

“Mərkəzi Bank milli virtual valyutanın yaradılması imkanlarını öyrənir”, bu haqda Rusiya Mərkəzi Bankının sədrinin müavini Olqa Skoroboqatova beynəlxalq Peterburq forumunda məlumat verib.

“Biz milli virtual valyutaya qədər mütləq çatacağıq, biz artıq bu istiqamətdə işə başlamışıq”- o milli virtual yaradılması ilə bağlı suala cavab olaraq deyib.

Bütün requlyatorlar bu qərara gəlib ki, milli virtual valyutanı hazırlamaq lazımdır, bu gələcək üçün vacibdir. – O bildirib.

“Müxtəlif pilot layihələr nəticəsində, bizə bəlli olacaq ki, milli virtual valyuta üçün hansı sistemin tətbiqi daha münasibdir” -  Skoroboqatova söyləyib.