Rusiya Mərkəzi Bankı gözlənilməz faiz endirimi edib | Banco.az

Rusiya Mərkəzi Bankı gözlənilməz faiz endirimi edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 100 baza bəndi artırmaq qərarına gəlib.

Banco.az xəbər verir ki, bazarın proqnozlarının əksinə olaraq, Rusiya Mərkəzi Bankı faiz dərəcələrini artırıb.

Bank uçot dərəcəsini 100 baza bəndi artıraraq 19 faizə çatdırıb.

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların orta hesabla proqnozları uçot dərəcəsinin 18 faiz səviyyəsində saxlanılması idi. Sorğuda iştirak edən yalnız üç iqtisadçı 100 baza bəndi artım gözləyirdi.

Bank uçot dərəcəsini artırarkən növbəti görüş üçün əlavə sərtləşdirməyə açıq olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, çərşənbə günü dərc edilən məlumatlara görə, ölkədə illik inflyasiya avqust ayında ilk dəfə azalıb. İyulda 9,13 faiz olaraq açıqlanan inflyasiya avqustda 9,05 faizə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et