Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, əmək bazarının sıxlığı və istehlak xərclərinin artması ilə bağlı yaranan inflyasiya riskləri səbəbindən seçimləri məhdudlaşan Rusiya Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib.

Belə ki, mərkəzi bank ardıcıl üçüncü iclasında da uçot dərəcəsini 16 faiz səviyyəsində saxlayıb.

Bu isə iqtisadçıların orta proqnozlarına uyğun gəlib.

Mərkəzi bank qərar mətnində, “İqtisadiyyatda sərt monetar şərtlər əvvəllər gözləniləndən daha uzun müddət saxlanılacaq”, ifadələrinə yer verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et