Rusiya Mərkəzi Bankı tərəfindən Cümə günü verilən məlumata görə, bank faiz dərəcəsində dəyişikliyə getməyib.
Bankın açıqlamasına görə, uçot dərəcəsi 7.5 faiz səviyyəsində sabit saxlanılıb.
"Bloomberg"in sorğusuna qatılan 41 iqtisadçının 39-unun təxmini şərtlərdə dəyişikliyin edilməyəcəyi istiqamətində idi.
Moskvada "UralSib"in analitiki İrina Lebedeva, qərar ərəfəsində, "Faizdə dəyişikliyin edilməməsi yaxşı və balanslı bir variant olar. İnflyasiya mərkəzi bankın təxmini ilə eyni istiqamətdədir. Valyuta riskləri geriləyib sanksiya mövzusundakı təhdid hissi əvvəlki kimi şiddətli deyil və inkişaf edən bazarlar üçün ümumi vəziyyət tarazlıdır", - deyib.
Marja.az