Rusiya Mərkəzi Bankı bu il ilk dəfə uçot dərəcəsini artırıb | Banco.az

Rusiya Mərkəzi Bankı bu il ilk dəfə uçot dərəcəsini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankı bu il ilk dəfə olaraq uçot dərəcəsini artırıb.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi səbəbindən bu il ilk dəfə olaraq faiz dərəcələrini artırıb.

Mərkəzi Bank uçot dərəcəsini iki bənd artıraraq 18 faizə çatdırıb. "Bloomberg" nəşrinin sorğusunda iştirak edən iqtisadçıların proqnozu da faiz dərəcəsinin bu səviyyəyə qaldırılacağı istiqamətində idi.

Qərar mətnində rəsmilər gələcək görüşlərdə faiz artımının daha da artırılmasının zəruriliyini qiymətləndirəcəklərini bildiriblər.

Rusiya Mərkəzi Bankının iyun ayında faiz dərəcələrini sabit saxlamasından sonra Rusiyada qiymət artımları sürətlənib və 4 faizlik hədəfdən uzaqlaşma müşahidə edilib. Sonuncu rəqəmlər ölkədə inflyasiyanın 9 faizə yüksəldiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram