Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya ABŞ tarifləri təhlükəsi səbəbindən yanacaq çatışmazlığı yaşayan Kubaya neft göndərəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzetinin Rusiyanın Havana şəhərindəki səfirliyindəki adı açıqlanmayan diplomatik mənbəyə istinadla yaydığı xəbərdə Kubaya neft tədarükü ilə bağlı açıqlamalara yer verilib.
Açıqlamada Rusiyanın Kubaya neft göndərməyə hazırlaşdığına diqqət çəkilərək, tədarükün humanitar yardım formatında qısa müddət ərzində başlamasının gözlənildiyi bildirilib.
Kremlin sözçüsü Dmitri Peskov da bu gün verdiyi açıqlamada kubalı rəsmilərlə ölkəyə yardım göstərilməsi imkanları barədə məsləhətləşmələr apardıqlarını qeyd edib.
Kubaya neft satan və ya təmin edən ölkələrə vergi
ABŞ prezidenti Donald Tramp ilə Meksika prezidenti Klaudiya Şeynbaum yanvarın 30-da sərhəd təhlükəsizliyi, narkotik qaçaqmalçılığı və ticarət məsələləri ilə bağlı telefon danışığı aparıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
