"Rusiya iqtisadiyyatı soyuma dövrünə qədəm qoyub" | Banco.az

"Rusiya iqtisadiyyatı soyuma dövrünə qədəm qoyub"

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Rusiya iqtisadiyyatı soyuma dövrünə qədəm qoyub."

Banco.az xəbər verir ki, Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov paytaxt Moskvada Rusiya Federasiya Şurasında keçirilən iclasda iqtisadiyyatla bağlı qiymətləndirmələrini bölüşüb.

Reşetnikov Rusiyada istehlakçı tələbatındakı artımın yavaşladığını bildirərək, getdikcə daha çox sektorda istehsal azalmasının müşahidə olunduğunu qeyd edib.

O, həmçinin qeyd edib ki, əhalinin gəlirlərindəki artım əsasən istehlaka deyil, daha çox yığımlara yönəlir:
"Statistik göstəricilər inflyasiyanın nəzərəçarpacaq dərəcədə yavaşladığını göstərir. İqtisadiyyat 2023 və 2024-cü illərdə sürətli bir artım dövrü yaşamışdı. İndi isə Rusiya iqtisadiyyatı soyuma mərhələsinə daxil olub. İndi əsas vəzifə bu soyuma dövrünü ağılla keçməkdir" – deyə o bildirib.

Rusiya Mərkəzi Bankı inflyasiyadakı artıma görə 2024-cü ilin oktyabr ayında faiz dərəcəsini 200 baza bəndi artıraraq 21 faizə çatdırmış və bununla da tarixi maksimum səviyyəyə yüksəltmişdi.

Rusiya rəsmiləri müharibə ilə birlikdə xüsusilə müdafiə sənayesində sürətlə artan istehsal səbəbilə iqtisadiyyatın həddindən artıq isinməsini və 2025-ci ildə soyuma prosesinin başlanacağını əvvəlcədən bildirmişdilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram