İlkin qiymətləndirməyə görə, 2020-ci ildə Rusiya iqtisadiyyatının 4% azalacağını gözləyən Dünya Bankı bu il ölkədə iqtisadi artımın 2,6% olacağını proqnozlaşdırır.
Bu barədə Dünya Bankının "Global Economic Prospects" hesabatına istinadən xəbər verilir.
Hesabatda qeyd edilir ki, COVID-19 pandemiyasının yeni dalğasının ölkədə iqtisadi böyümənin sürətini ləngidir və bu səbəbdən 2021-ci ildə gözlənən 2,6%-lik artım potensial mümkün ola biləcək artımdan azdır. 2022-ci ildə Rusiyada ÜDM-in artım tempinin bir qədər sürətlənərək 3% təşkil edəcəyi gözlənilir. Bu ilin əvvəlində gözlənən COVID-19-a qarşı vaksinasiya sözügedən artım üçün zəmin yaradır.
Bank qeyd edir ki, ümumi iqtisadi artım sənaye-əmtəə qiymətlərindəki yüksəlişi və digər iqtisadi tədbirlərinin davam etdirilməsi ilə daha da dəstəklənəcək. Bu tədbirlərə faiz nisbətlərinin aşağı salınması və daha uyğun maliyyə siyasətinin davam etdirilməsi daxildir.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!