Rusiya ilk pilotsuz kəşfiyyatçısını təqdim etdi | Banco.az

Rusiya ilk pilotsuz kəşfiyyatçısını təqdim etdi

Rusiya qütb bölgəsində araşdırma aparmaq məqsədilə kiçik pilotsuz vertolyotunu istehsal edib.

Lent.az-ın xəbərinə görə, "VRT 300" adlı təyyarə ilk dəfə MAKS 2017 sərgisində ictimaiyyətə təqdim edilib.

Pilotsuz vertolyot kiçik ölçüsünə baxmayaraq, 300 kq yük daşıya, 5 saat müddətində havada qala və saatda 180 km sürətə çata bilir. 

Qeyri-adi nəqliyyat vasitəsi Antarktikada istifadə ediləcək. Belə ki, "VRT 300" gəmilərin nə ilə qarşılaşacağını müəyyənləşdirmək, onlara məlumat vermək, buzun qalınlığını ölçərək istiqaməti müəyyənləşdirmək kimi vəzifələri yerinə yetirəcək.