Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsi 50% artıb | Banco.az

Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsi 50% artıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ildə Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsi 50% artaraq 2,5 milyard təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Rusiyanın Ticarət-Sənaye Palatası məlumat yayıb.

Rəsmi qurumun vitse-prezidenti Vladimir Padalko Rusiya sahibkarlarının Gürcüstan bazarına daxil olmaq səylərini stimullaşdıracaq Rusiya-Gürcüstan biznes şurasının yaradıldığını bildirib. Onun sözlərinə görə, bu, hər iki ölkənin tərəfdaşları arasında əlaqələri möhkəmləndirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et