Müəllif - Aida İsaq, Banco.az
Rusiya ilə Çin arasında yükdaşımaların həcmi artıb. Banco.az xəbər verir ki, konteyner qatarları bu istiqamətdə prosedurların həyata keçirilməsini sürətləndirib. Belə ki, bu formada malları 15-20 günə çatdırmaq mümkündür.
Rusiyanın Çindəki ticarət nümayəndəsi Aleksey Daxnovskinin sözlərinə görə, Pekin müvafiq istiqamətdə daşıma kvotalarını artırmaq niyyətindədir. Bundan əlavə, onun sözlərinə görə, Amur, avtomobil və dəmir yolu üzərindən iki körpü keçidinin tikintisinin başa çatdırılması bu il xarici ticarət mallarının daşınması ilə bağlı vəziyyəti yüngülləşdirib.
Qeyd edək ki, Rusiyanın MDB ölkələri ilə ticarəti 7 faiz artıb. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, yanvar-sentyabr aylarında bu rəqəm 73 mlrd. təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!