Rusiya ən kəskin çökməni dayandıra bilib | Banco.az

Rusiya ən kəskin çökməni dayandıra bilib

Rusiyanın maliyyə orqanları 1998-ci ildən bu yana valyuta bazarında baş verən ən kəskin çökməni dayandıra bilib. 

Maliyyə nazirliyi 7 milyard dəyərində valyuta qalıqlarını satacağını elan edib. Milli bank isə antiböhran paketini təqdim edib. Dollar 61 rubldan, avro isə 76 rubldan aşağı düşüb. RTS indeksi isə birdən 17 faiz yuxarı yüksəlib. 

Rusiya hakimiyyəti rublun gücünün düzgün qiymətləndirilmədiyini bildirsə də insanlar dövlətə inanmır. Moskva və digər şəhərlərdə pul dəyişmə məntəqələrində valyuta tamamilə bitib. Bundan əlavə 1998-ci ildən yoxlanılmış daha bir variant mövcuddur. Mağazalar devolvasiya izi ilə getməyincə çoxlu alış-veriş etmək. Hazırda məişət texnikaları mağazalarında əsl ajiotaj yaşanır. 

Buna cavab olaraq böyük şirkətlər planlaşdırılmış şəkildə qiymətləri qaldırır. Bəziləri isə ümumiyyətlə satışı saxlayırlar. Artıq Audi və digər böyük maşın satışı şirkətləri satışlarını yeni qiymətlərin müəyyənləşməsinə kimi tamamilə dayandırıb.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et