Rusiya əleyhinə yeni sanksiyalar paketinin təfərrüatları açıqlanıb | Banco.az

Rusiya əleyhinə yeni sanksiyalar paketinin təfərrüatları açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Aİ çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirəsi gündəmdədir.

Banco.az xəbər verir ki, məlumata görə, məhdudiyyətlərlə bağlı yeni sənədin ekspertlərlə müzakirəsi fevralın 15-də baş tutacaq. Avropa Komissiyası “Alfa-Bank”a və Rusiyanın daha dörd kredit təşkilatına qarşı sanksiyalar tətbiqini, Rusiya rezininin, bitumunun idxalına embarqo qoyulmasını, həmçinin Avropa istehsalı olan yeni kateqoriyalı məhsulların, xüsusən də yük maşınlarının və digər ağır nəqliyyat vasitələrinin, nasosların və tikinti texnikasının Rusiyaya ixracına qadağa qoyulmasını təklif edib. Sanksiyaların yenilənmiş versiyası həmçinin silah istehsalı üçün istifadə oluna biləcək elektron komponentlərin Rusiyaya satışına əlavə qadağaların tətbiqini də özündə ehtiva edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram