Müəllif - Aida İsaq, Banco.az
Gələn il Rusiyanın sənaye istehlakçıları üçün elektrik enerjisinin qiymətlərində artım 8,6 %-ə qədər sürətlənərək gözlənilən inflyasiyanı (6 %) ötəcək.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Enerji bazarlarının tənzimləyici qurumunun proqnozunda deyilir.
Təşkilat sənaye istehlakında zəif dinamikanın müşahidə olunacağı ilə bağlı xəbərdarlıq edib. Ölkənin Avropa hissəsində və Uralda 2022-ci ildə 0,3 faiz artımdan sonra 2023-cü ildə eyni səviyyədə qalacaq. Sibirdə isə gözlənilən 3,3 % artım cəmi 0,8 % artımla əvəz olunacaq.
Bundan əlavə, xarici qaz turbinləri ilə bağlı problemlər səbəbindən qiymətlər artacaq. Onların resursuna qənaət etmək üçün yeni mexanizm sayəsində 15 giqavata qədər ən səmərəli və ucuz qaz istehsalı bazarı tərk edəcək. Mütəxəssislər qeyd edirlər ki, turbinlərin gözləmə rejiminə qoyulması qiymətlərin 3-10 % artmasına səbəb olacaq.
Bundan başqa əvvəllər bildirilirdi ki, 2022-ci ildə Rusiyada qaz hasilatının azalması 10%-ə çata bilər. Baş nazirin müavini Aleksandr Novak oktyabrın ortalarında qeyd edib ki, yekun rəqəmləri söyləmək hələ tezdir. Lakin belə bir azalma səviyyəsinin olması ehtimalı var.
Bizi sosial şəbəkələrdən izləyin!!