Rusiya dünyanın ən sanksiya tətbiq edilmiş ölkəsi olub | Banco.az

Rusiya dünyanın ən sanksiya tətbiq edilmiş ölkəsi olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Müharibənin ilk ilində Rusiya dünyanın ən sanksiyalara məruz qalan ölkəsi olub.

Banco.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin birinci ilində Rusiya İran, Suriya və Şimali Koreya kimi ölkələri geridə qoyaraq dünyanın ən çox sanksiya tətbiq edilmiş ölkəsinə çevrilib.

Müharibənin birinci ilini geridə qoyan Rusiyaya qarşı bu müddət ərzində ağır iqtisadi bədəl ödətmək istəyən Avropa ölkələri çoxsaylı sanksiyalar tətbiq etdilər.

Aparılan araşdırmaya görə, Rusiya 22 fevral 2022-ci ildən etibarən 11 min 327 yeni sanksiyaya məruz qalmışdır. Müharibənin əvvəlindən bəri Rusiyaya tətbiq olunan sanksiyaların ümumi sayı isə 14 min 22-ə çatıb.

Bununla da, Rusiya indiyədək 4 min 268 sanksiya tətbiq edilmiş İranı, 2 min 643 sanksiya sayına malik Suriya və 2 min 133 sanksiyaya malik Şimali Koreyanı üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyaya qarşı ən çox sanksiya (1948) qərarı ABŞ-a məxsudur.

Qeyd edək ki, dünyada ən sanksiyaların tətbiq olunduğu ölkələrin sıralamasında Belarus, Venesuela və Myanma da mövcuddur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et