Rusiya dünya bazarına buğda ixracında maneələrlə qarşılaşa bilər | Banco.az

Rusiya dünya bazarına buğda ixracında maneələrlə qarşılaşa bilər

Müəllif - Aida İsaq, Banco.az

Bu ilin sonuna qədər Rusiyanın buğda ixracı rekord həddə çata bilər. Bununla yanaşı, müvafiq məhsulun gələcəkdə dünya bazarına ixracında maneələr yarana bilər. Belə ki, Ukrayna taxılı ilə rəqabət, eləcə də digər ölkələrdə buğdanın maya dəyərinin aşağı düşməsinin ixrac prosedurunu çətinləşdirəcəyi proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, bu barədə analitiklər fikirlərini bölüşüb. “Rusaqrotrans” analitik mərkəzi dekabrda 4,6-4,8 milyon tona qədər rekord həcmdə buğdanın göndərilə biləcəyini açıqlayıb. Onların məlumatına görə, ötən ayda Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələrinə tədarüklər nəzərə alınmaqla ay ərzində maksimum 4,8 milyon ton buğda ixrac edib.

Bundan əlavə noyabr ayı üçün nəzərdə tutulan ixracın müəyyən hissəsi cənub limanlarında hava şəraitinin pisləşməsi səbəbindən dekabr ayına qədər təxirə salınmalı idi. Eyni zamanda kənd təsərrüfatı bazarı tədqiqatları institutunun baş direktoru Dmitri Rylkonun sözlərinə görə, dekabrda buğda ixracının 4,2 milyon ton səviyyəsində olması gözlənilirdi. Lakin havanın kəskin pisləşməsi cari ayda da ixracın təxirə salınmasına gətirib çıxara bilər. Nəticədə bu səviyyənin 4 milyon tondan aşağı düşməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Kənd təsərrüfatı bazarlarının təhlili üzrə araşdırma mərkəzi olan “SovEcon” daşınma üçün vaqon çatışmazlığı və taxıl dəhlizinin uzadılmasından sonra Ukrayna ilə rəqabətin canlanmasının dekabrda Rusiya ixracına öz mənfi təsirlərini göstərə biləcəyini açıqlayıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et