Müəllif - Aida İsaq, Banco.az
Rusiyada “dost” ölkələrə məhsulların ixrac rüsumları müvəqqəti olaraq sıfıra endirilə bilər.
Banco.az xəbər verir ki, məlumata görə, Rusiya Federasiyasının hakimiyyət orqanları ölkənin bir sıra regionlarından məhsulların güzəştli ixracı üçün kvota müəyyən edə biləcək. İqtisadiyyat nazirliyinin “Gömrük tarifləri haqqında” qanuna dəyişiklik layihəsi hazırladığı məlum olub. Hazırda müvafiq layihənin digər rəsmi qurumlar tərəfindən təsdiqi gözlənilir.
Qeyd olunur ki, güzəştlər “müəyyən dost ölkələrə” və “hazırda strateji ticarət, iqtisadi və siyasi əməkdaşlığın intensiv şəkildə inkişaf etdiyi” ölkələrə ixraca şamil edilə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!