Rusiya dizel yanacağının ixrac qadağasını qismən ləğv edib | Banco.az

Rusiya dizel yanacağının ixrac qadağasını qismən ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı qismən ləğv edib.

Banco.az xəbər verir ki, Rusiya hökuməti dizel yanacağının limanlar vasitəsilə boru kəmərləri ilə ixracına qoyulan qadağanı qismən ləğv edib.

Rusiya hökumətinin yaydığı yazılı bəyanatda ölkədə davam edən yanacaq ixracı qadağasında bəzi dəyişikliklərin edildiyi bildirilib.

Bəyanatda neft emalı zavodlarına subsidiyaların və ya amortizasiya ödənişlərinin yenidən başlandığı qeyd olunub və bildirilib ki, istehsalçı istehsal olunan dizelin 50 faizini daxili bazara vermək şərti ilə boru kəmərləri ilə limanlar vasitəsilə də dizel ixrac edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rusiya hökuməti ölkədə benzin və dizelin qiymətinin artması ilə əlaqədar sentyabrın 21-də yanacaq məhsullarının ixracına qadağa qoymuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et