Müəllif - Aida İsaq, Banco.az
Rusiya dəniz yolu ilə neft tədarükünü artırıb.
Banco.az xəbər verir ki, dörd həftə ərzində dənizlə nəql edilən neftin həcmi sutkada təxminən 4 milyon barel təşkil edib. Təchizat həcmi 2022-ci ilin sonuna olan səviyyədən gündəlik 1,2 milyon bareldən çoxdur.
Eyni zamanda, Çin, Hindistan və Türkiyəyə yola düşən gəmilərdə neftin həcmi dörd həftə ərzində artaraq ötən ilin əvvəlindən gündəlik maksimum 3,81 milyon barrelə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!