“Rusiya-Çin ticarətində yerli valyutaların istifadə nisbəti 90 faizi ötüb” | Banco.az

“Rusiya-Çin ticarətində yerli valyutaların istifadə nisbəti 90 faizi ötüb”

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Rusiya-Çin ticarətində yerli valyutalardan istifadə nisbəti 90 faizi ötüb.”

Banco.az xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov paytaxt Moskvada Çinin maliyyə naziri Lan Foan ilə görüşündə iki ölkə arasındakı iqtisadi əlaqələrə dair açıqlamalar verib.

O bildirib ki, ölkələrinin Çinlə ticarətində rubl və yuanın payı 90 faizi keçib.

Nazir Anton Siluanov Rusiya ilə Çin arasında ticarət həcminin bu il proqnozları üstələyəcəyini bildirib.

"Ticarətimizin 90 faizindən çoxu rubl və yuanla aparılır, bizim milli valyutalara keçməyimiz vacibdir", nazir bildirib.

Rusiya ilə Çin arasında ticarət həcminin keçən il rekord həddə çatdığını vurğulayan Siluanovun sözlərinə görə, cari ilin 7 ayının yekunlarına görə, ticarət həcmində bu yüksək səviyyənin 2024-cü ilin sonunadək yenilənməsi üçün lazımi şərait yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rusiya ilə Çin arasında ticarət həcmi 2023-cü ildə əvvəlki ilə nisbətən 26,3 faiz artaraq 240,1 milyard dollara çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram