Rusiya büdcə kəsirini bağlamağa 2,4 trilyon rubl xərcləyib | Banco.az

Rusiya büdcə kəsirini bağlamağa 2,4 trilyon rubl xərcləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Büdcə kəsirinin bağlanması üçün Rusiya Milli Rifah Fondundan 2,4 trilyon rubl xərclənib.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, 1 yanvar 2023-cü il tarixinə olan məlumata görə, Milli Rifah Fondunda 10,4 trilyon rubl mövcuddur.

Büdcə qaydalarına uyğun olaraq, fonddakı bəzi aktivlərin 2022-ci ilin dekabr ayında satıldığına dair məlumatların yer aldığı bəyanatda satılan aktivlərin 2,4 trilyon rubl (təxminən 35 milyard dollar) dəyərində olduğu bildirilib.

Xatırladaq ki, Rusiyanın Maliyyə naziri Anton Siluanov yanvarın 10-da 2022-ci il üzrə büdcə kəsirinin 3,3 trilyon rubl (təxminən 48 milyard dollar) təşkil etdiyini açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram