Rusiya bu ölkəyə kredit ayırır | Banco.az

Rusiya bu ölkəyə kredit ayırır

Müəllif - Aida İsaq, Banco.az

Rusiya Belarusiyaya 105 milyard rus rublundan çox kredit ayıracaq. Banco.az xəbər verir ki, noyabrın 16-da Moskva və Minsk arasında bununla bağlı saziş imzalanıb. 

Minsk razılaşma çərçivəsində Belarusiya ərazisində idxalı əvəz edən əməkdaşlıq layihələrinin həyata keçiriləcəyini açıqlayıb. Hazırda hər iki tərəfin 12 layihənin maliyyələşdirilməsini təsdiqlədiyi məlum olub. Danışıqlar zamanı ikitərəfli iqtisadi əməkdaşlığın cari məsələləri də nəzərdən keçirilib.

Oktyabrın sonunda açıqlanan məlumata görə, Qərbin sanksiyaları və Ukrayna bazarında yaranan çətinliklər fonunda Belarusiya neft emalı zavodlarını xilas etmək üçün Rusiya büdcəsindən maliyyə vəsaiti ayrılacaq. 

Bundan başqa  Moskvanın Belarusiyaya yardımının yerli istehsalçılara zərər vurduğu bildirilir. – Belə ki, sement istehsalçıları ucuz Belarus məhsullarının idxalını  Rusiya zavodları üçün risk olaraq görür. Sentyabr-oktyabr aylarında Belarusiyadan Rusiyaya sement daşınması isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61 faiz artaraq 434,1 min tona çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram