Rusiya beynəlxalq ödənişlərdə rəqəmsal aktivlərdən istifadəyə icazə verib | Banco.az

Rusiya beynəlxalq ödənişlərdə rəqəmsal aktivlərdən istifadəyə icazə verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada parlamentin aşağı palatası olan Dövlət Duması rəqəmsal maliyyə aktivlərinin beynəlxalq ödənişlərdə istifadəsinə icazə verən qanunu qəbul edib.

Banco.az xəbər verir ki, Dumada keçirilən sessiyada rəqəmsal maliyyə aktivlərinin beynəlxalq ödənişlərdə istifadəsini əhatə edən qanun qəbul edilib.

Sözügedən qanuna görə, rəqəmsal maliyyə aktivləri valyuta tənzimlənməsi qanunu çərçivəsində mal və xidmətlərin idxal və ixracında ödəniş kimi istifadə edilə bilər.

Qəbul edilmiş qanunun qüvvəyə minməsi üçün o, əvvəlcə Rusiya Federasiya Şurası, sonra isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sanksiyalar çərçivəsində 2022-ci ildə SWIFT maliyyə mesajlaşma sistemindən çıxarılan Rusiya banklarının beynəlxalq ödənişlərlə bağlı yaşadığı problemlər son vaxtlar artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et