Müəllif:Mehin Qasımova/Banco.az
2024-cü ilin əvvəlindən Rusiyadan yüksək oktanlı benzinin ümumi ixrac həcmi 2023 -cü ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 639 min ton səviyyəsinə enib.
Banco.az bu barədə Kommersant mənbələrə istinadən xəbər verir.
Belə ki, yanvarda Rusiya benzininin orta gündəlik ixrac həcmi 14,7 min ton təşkil edib. Fevralın 1-dən fevralın 16-dək ixrac ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 28 faiz azalıb.
Bu il ixracın azalması, digər məsələlərlə yanaşı, Nijni Novqorod da daxil olmaqla iki neft emalı zavodunda (NEZ) plandankənar təmir işləri fonunda baş verib.
Nəticədə daxili bazara benzin daşımalarının həcmi Energetika Nazirliyi tərəfindən nəzərdə tutulan səviyyədən 15 faiz az olmaqla 1 milyon 320 min tona yaxın olub. Öz növbəsində, bu müddət ərzində bu növ yanacağın istehsalı 2,5 faiz azalaraq 1,52 milyon tona düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!