Müəllif - Aida İsaq, Banco.az
Rusiyada fəaliyyətini tamamilə və ya müvəqqəti olaraq dayandıran xarici brendlər ümumilikdə 2 milyard dollar itirə bilər.
Banco.az xəbər verir ki, bu barədə“Kommersant” şirkəti bildirib. Məlumata görə, xarici brendlərin ümumilikdə zərəri 1,3-1,5 milyard dolları ötüb. Eyni zamanda rəsmi formada bazarı tərk etdiyini elan etməyən şirkətlərin müvəqqəti bağlanan mağazaları nəzərə alınarsa məbləğ 2 milyard dollara çata bilər. Ən ciddi itkilərlə İsveçin "H&M", İspaniyanın "Inditex" ("Zara", "Bershka", "Massimo Dutti" və s. brendləri) və "IKEA" şirkətləri üzləşib.
Bizi sosial şəbəkələrdən izləyin!!