Müəllif - Aida İsaq, Banco.az
Rusiya bazarını tərk etdiyini elan edən brendlərin yalnız 25%-i fəaliyyətini dayandırıb.
Banco.az xəbər verir ki, ölkə bazarını tərk etmək istəyən 85 brenddən yalnız 25%-i bunu həyata keçirib. Analitiklər bu siyahıya "IKEA", "Jysk", "Decathlon", "H&M2 qrupunun və "Inditex Group" brendlərinin bir hissəsinin daxil olduğunu bildirir. CMWP-nin tədqiqat və analitika şöbəsinin rəhbəri Tatyana Divinanın sözlərinə görə, bir çox Qərb brendlərinin Rusiya bazarını tərk edəcəyi ilə bağlı narahatlıqlar özünü doğrultmayıb. Brendlərin təxminən 40%-i fəaliyyətinə davam etməyi bacarıb. Eyni zamanda, brendlərin 32%-i biznesləri üçün yeni sahiblər tapa bilib.
Bizi sosial şəbəkələrdən izləyin!!