Rusiya bazarını tərk etmək avtomobil markalarının gəlirlərinə necə təsir göstərib? | Banco.az

Rusiya bazarını tərk etmək avtomobil markalarının gəlirlərinə necə təsir göstərib?

Müəllif - Aida İsaq, Banco.az

Xarici avtomobil istehsalçıları Rusiya bazarını tərk etdikdən sonra son 9 ayda təxminən 4,5 milyard avro itiriblər.

Banco.az xəbər verir ki, bu barədə avtomobil bazarı üzrə ekspert Vladimir Bespalov məlumat verib. Onun sözlərinə görə, böyük məbləğdə olan itkilər təxirə salınan investisiyalar, eyni zamanda şirkətlərin ölkədə aktivlərini satmasından qaynaqlanır.

Məlumata görə, "Nissan" şirkəti Rusiyada biznes satışı fonunda 165 milyon avro itirib. 2022-ci ilin ikinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 68 faiz azalıb. "Toyota" markası itkilərini 526 milyon avro, "Renault" 2,3 milyard avro, "Mercedes-Benz" isə 1,4 milyard avro dəyərində qiymətləndirib.

Xatırladaq ki, daha öncə dilerlər salonlarda Avropa və Yaponiya avtomobillərinin qıtlığı ilə bağlı xəbərdarlıq etmişdilər. Onlar qeyd ediblər ki, çatdırılma tezliklə bərpa olunmasa, o zaman avtosalonlardakı avtomobillər uzun müddət qalmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et