Müəllif - Aida İsaq, Banco.az
G7 ölkələri Rusiya bankların xarici filialları vasitəsilə sanksiyalardan yayınmaq cəhdlərinin qarşısını alacaq.
Banco.az xəbər verir ki, bu barədə G7 liderlərinin Xirosima sammitində birgə bəyanatında bildirilir. Nümayəndələr müvafiq addımın atılması üçün hər hansısa təfərrüatlı plan adını açıqlamayıb. Lakin Rusiyanın maliyyə sektoruna qarşı tədbirlər planlarının həyata keçirilməsinə davam ediləcəyi vurğulanıb.
Qeyd edək ki, mayın 19-dan 21-dək Yaponiyanın Xirosima şəhərində G7 sammiti baş tutub. Görüşlər zamanı G7 ölkələri Ukraynaya dəstəyi davam etdirmək və yardım tədbirlərini Kiyevin ehtiyaclarına uyğunlaşdırmaq üçün beynəlxalq səviyyədə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini təsdiqləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!