Rusiya azərbaycanlıları sevindirəcək | Banco.az

Rusiya azərbaycanlıları sevindirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 4-nə olan məzənnələri açıqlayıb.

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki,  avroda dünən olduğu kimi bu gün də ucuzlaşma müşahidə edilib. Bir qrup Avropa ölkələrinin ümumi pul vahidi olan avro dünən 1,1558 manat, bu gün isə 1,1492 manat olub. Halbuki noyabrın ikisində 1 avro 1,1571 manata bərabər idi.

Avrodan fərqli olaraq dollar bu günə olan məzənnələrdə təxminən 0,04 faiz bahalaşaraq 1,0495 manat olub.

Azərbaycan manatı ölkə əhalisinin hazırda daha çox səfər etdiyi Rusiyada nəzərə çarpacaq dərəcədə yuxarıdır. 

AMB-nin açıqladığı məlumatda rublun qiymətində həftənin əvvəlindən bahalaşma olub. Noyabrın 2-də 0,0163 manat, 3-də 0,0165 manat olan 1 rus rublu bu gün 0,0168 manata çatıb.


Rublun həftə ərzində məzənnəsi
Mənbə: AMB

Rusiyanın pul vahidi rublun məzənnəsi ilə bağlı qonşu ölkənin özündə də müsbət proqnozlar verilir. Rusiya Mərkəzi Bankının Elvira Nabiullina bildirib ki, rubl yeni iqtisadi şərtlərə uyğunlaşa bilib. 

"PROFIT Group" şirkətinin əməkdaşı Qleb Zadoya da bildirib ki, noyabr ayında da rubl məzənnələrində mənfi dəyişiklik gözlənilmir.

"Noyabr ayı da rubl üçün pozitiv ay ola bilər. Oxşar xarici şərait buna imkan yaradacaq. Amma eyni proqnozu dekabr ayı üçün də vermək olmaz. Çünki bu ayda yüksək məbləğdə xarici borc ödənişi gözlənilir", - deyə o bildirib.


Elvira Nabiullina - Rusiya Mərkəzi Bankının sədri

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et