Rusiya Azərbaycanla gömrük prosedurlarını dəyişir? | Banco.az

Rusiya Azərbaycanla gömrük prosedurlarını dəyişir?

“Rusiya gömrük orqanlarının əsas məqsədi bütün ölkələrlə, o cümlədən Azərbaycanla gömrük prosedurları müddətinin, eləcə də biznes xərclərinin azaldılmasıdır”.

Bunu Bakıda jurnalistlərə Rusiya Federal Gömrük Xidmətinin Ticarət məhdudiyyətləri, valyuta və ixracat nəzarəti idarəsi rəisinin birinci müavini Andrey Ryazanov deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, hazırda Azərbaycan məhsulunun Rusiyaya daxil olması ilə bağlı mübahisəli vəziyyət yaşanmır:

“Bununla belə, gələcəkdə belə vəziyyətin olmaması üçün biz başladığımız işi başa çatdırmalıyıq”.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et